Image

Azərbaycan və Almaniya XİN başçıları görüşüb - FOTO

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti