Image

“Qarabağ”ın əsas hücumçusu zədələndi - FOTO

"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.

Braziliyalı forvardın yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.

Məqaləyə dair fotomateriallar:

Mənbə: gundem.az

Xəbər lenti