Image

Ronaldoya CƏZA VERİLDİ: Rəqib kluba...

Səudiyyə Ərəbistanı futbol liqasının "Etika və İntizam Komitəsi" “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

Gundem.az bildirir ki, Ronaldo fevralın 29-da "Əl-Həzmə" ilə keçiriləcək matçdan diskvalifikasiya olunacaq. Portuqaliyalı həm 2,6 min dollar cərimə olunacaq, həm də "Əş-Şabab" klubuna əlavə 5,3 min dollar ödəyəcək.

Xatırladaq ki, Ronaldo “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib. Kriştiano Ronaldo bu mövsüm 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. (Sfera.az) 

Mənbə: gundem.az

Xəbər lenti