“Qırmızı şeytanlar”dan REKORD: Son yeddi matçda...
Dünən "Mançester Yunayted" İngiltərə kubokunun 1/8 finalında səfərdə "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub edib.
Gundem.az bildirir ki, Erik ten Haqın yetirmələri son yeddi matçda altı qələbə qazanıblar. Mankunianlar 2024-cü ildə uduzmayıblar. Bütün turnirlərdə keçirilən son 7 oyunda “qırmızı şeytanlar” “Nyuport” (4:2), “Vulverhempton” (4:3), “Vest Hem” (3:0), “Aston Villa” (2:1) və “Luton Taun” (2:1) kimi komandaları məğlub ediblər.
“Mançester Yunayted” növbəti matçını bazar günü, martın 3-də keçirəcək. Mankunianlar Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Mançester Siti" ilə qarşılaşacaq. (Sfera.az)
Mənbə: gundem.az