Image

Qızılcaya görə məktəblər bağlana bilər? - Nazir cavab verdi

Son aylar ərzində ümumtəhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazir əlavə edib ki, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti