Image

ABŞ-nin təhdidi Türkiyə ilə Rusiya arasında ticarəti azaldıb – RƏQƏMLƏR

ABŞ-nin Türkiyə ilə Rusiya arasında ticarətin qarşısını almaq üçün atdığı addımlar nəticə verməyə başlayıb.

Gundem.az xəbər verir ki, 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə ilə Rusiya arasında ticarət xeyli artıb.  Bundan sonra ABŞ Türkiyə banklarına qarşı sanksiyalar tətbiq edib və şifahi təhdidlər başlayıb. Xüsusilə 2023-cü ilin dekabrından ABŞ-nin türk banklarına qarşı güclü təhdidləri Rusiya ilə ödənişləri məhdudlaşdırıb.  Türkiyənin rəsmi statistika qurumunun məlumatına əsasən, Rusiyaya ixrac 2024-cü ilin yanvar ayında bir əvvəlki ilin eyni ayına görə 39,5 faiz azalaraq 628 milyon dollar olub. Bu, son 20 ayın ən aşağı göstəricisidir. 2023-cü ilin yanvar ayında Türkiyənin Rusiyaya ixracı 1 milyard 37 milyon dollar olub. 

Türkiyənin Rusiyadan idxalı da 2024-cü ilin yanvar ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 13,5 faiz azalaraq 4 milyard 325 milyon dollara geriləyib. 

Mənbə: gundem.az

Xəbər lenti