Image

"Paşinyan dekabrda Sankt-Peterburqa gələcək" - Uşakov

Paşinyan dekabrda Sankt-Peterburqa gələcək".

Gundem.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, qeyd edib ki, bununla bağlı İrəvandan siqnal almışıq. 

"Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə iştirak edəcək və dekabrda Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin (Aİİ) rəsmi görüşündə iştirak edəcək. Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə (MDB) gələcək. Həm də Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmi sammitinə”, - deyə Uşakov bildirib.

Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib: “Biz İrəvandan siqnal almışıq, aydın siqnaldır”.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb