Image

"Filmə baxandan sonra dedim, yaxşı ki, çəkilməmişəm" - Vüsalə kimlərə söz atdı?

Aparıcı Vüsalə Əlizadə illər əvvəl ona gələn film təklifindən danışıb.

Gundem.az Olay-a istinadla xəbər verir ki, bu barədə aparıcı "İncə səhər" proqramında açıqlama verib.

Vüsalə deyib ki, "Yanlış anlama" filminə çəkilməsi üçün təklif gəlib:

"Dəvət almışdım. Oradakı sözlərin ucbatından çəkilmədim. Həm işlərimlə üst-üstə düşmədi. Filmə baxandan sonra dedim, yaxşı ki, çəkilməmişəm".

Qeyd edək ki, 2017-ci ildə Ulaş Cihan Şimşekin rejissorluğu ilə lentə alınan türk filmində Pərvin Abıyeva, İslam Mehrəliyev, Fərda Amin kimi tanınmış simalar rol alıb. Ekran işi Bakıda çəkilib.

Mənbə: gundem.az

Xəbər lenti