Azərbaycanlı müğənni sarayda klip çəkdirdi - VİDEO
Müğənni Nərmin Kərimbəyova pərəstişkarlarına yeni klip təqdim edib.
BKAU.WS xəbər verir ki, ifaçı “Qaralama sevgi” adlı sayca 20-ci klipini sevənlərinin ixtiyarına verib.
Ekran işi Gürcüstanın paytaxtı Tbilisidə bir neçə fərqli məkanda lentə alınıb.
Onların arasında 18-ci əsrə aid Marşal sarayı, “Gürcüstan salnaməsi” abidəsi var. Çəkilişlər bir həftə davam edib.
Mahnının söz və musiqisi Bahar Qəhrəmanlıya məxsusdur.
Klipi rejissor Nisə Cəfərova lentə alıb.
BAKU.WSMənbə: baku.ws