Image

Gimnastika millimiz beynəlxalq turnirdə üçüncü oldu

Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən "Gymnastic International 2024" beynəlxalq turnirində bürünc medal qazanıb.

Gundem.az publika.az-a istinadən xəbər verir ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələniblər.

Mənbə: gundem.az

Xəbər lenti