Image

MİT daha bir terrorbaşını zərərsizləşdirdi - FOTO

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib. 

Əməliyyat zamanı PKK terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib. 

PKK-nın Süleymaniyyədəki liderlərindən sayılan Hüsnü Kümekin gizləndiyi ev aşkar olunduqdan sonra hədəfə alınıb. 

Hüsnü Kümekin PKK-nın kəşfiyyat birləşmələrindən olan NLP-də xüsusi vəzifəsi olub. O, Süleymaniyyə və Kelardakı təşkilata yaxın çevrələr üçün təlimlər təşkil edib, əldə etdiyi kəşfiyyat məlumatlarını təşkilatın rəhbər şəxslərinə ötürüb.

"Şevger Azad Aras" kod adlı terrorçu Hüsnü Kümek 1999-cu ildə PKK-ya qoşulub. 2002-2003-cü illərdə "Abbas" kod adlı Duran Kalkanın mətbuat fəaliyyətindən məsul olub. O, xüsusi təyinatlılar deyilən birlikdə Qəndildə logistika sahəsində çalışıb. 2012-ci ildə NLP-də vəzifəyə təyin edilib.

BAKU.WS

Xəbər lenti

Sabah hava küləkli olacaq

Faktiki hava açıqlanıb