İbrahim Tatlıses illər əvvəl satdığı şirkətini yenidən qurur - FOTO
"İmperator" ləqəbli müğənni İbrahim Tatlıses illər əvvəl satdığı şirkətini yenidən qurur.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir çox biznes sahəsində fəaliyyət göstərən ifaçı yeni işinə də xeyli investisiya yatırıb.
Belə ki, Tatlıses yenidən sərnişindaşıma ilə məşğul olan şirkət yaradır.
"Tatlıses Turizim" Türkiyənin böyük şəhərləri arasında gediş-gəlişi təmin edəcək. Bu barədə ifaçı sosial şəbəkədə bildirib.
O paylaşımında "Karvanımıza avtobuslarınızla qatılmağınızı istəyirəm. "Tatlıses Turizim" bundan sonra fəaliyyətə başlayır. Sizə xidmət etməyə hazırıq. Qaldığımız yerdən davam edirik" sözlərini yazıb.
BAKU.WS