Budanovun həyat yoldaşını zəhərləyiblər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna Budanova xəstəxanaya yerləşdirilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Budanovanın zəhərləndirildiyi iddia edilir.
Bildirilib ki, onda ağır metallarla zəhərlənmə aşkarlanıb.
Məlumata görə, sözügedən maddələr adi məişət şəraitində istifadə olunmadığından Budanovanın qəsdən zəhərləndirilməsi güman edilir.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws