Image

Messinin komandası bərabərliyə razılaşdı

Konkakaf Çempionlar Kubokunun 1/8 final mərhələsində "İnter Mayami" -"Neşvil" matçı keçirilib.

Gundem.az bildirir ki, matç Neşvildə (ABŞ) "Geodis Park" stadionunda baş tutub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matçda hesabı dördüncü dəqiqədə Yakob Şaffelburq açıb. 46-cı dəqiqədə kanadalı dubla imza atıb. “İnter Mayami” altı dəqiqə sonra bir qol vura bilib.

90+5-ci dəqiqədə yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə hesab bərabərləşib.

Qeyd edək ki, cavab oyunu martın 14-də keçiriləcək.

Mənbə: gundem.az

Xəbər lenti