Image

"Sumqayıt" "Səbail"ə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Gundem.az xəbər verir ki, günün yeganə oyunu olan "Səbail" -"Sumqayıt" matçı "ASCO Arena"da baş tutub.

Görüş qonaqların minimalhesablı qələbəsi ilə sona çatıb. Matçda yeganə qolu 10-cu dəqiqədə Kazemir Ninqa vurub.

Beləliklə, hesabında 39 xal olan "Sumqayıt" turnir cədvəlində 2-ci pilləyə yüksəlib, "Səbail" isə 37 xalla 3-cü yerə enib.

Turun digər oyunları martın 9-10-da keçiriləcək.

Mənbə: gundem.az

Xəbər lenti