Şahruddin hər iki topu penaltidən buraxıb
Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Gundem.az xəbər verir ki, o, Türkiyə Superliqasının 29-cu turunda “Konyaspor”a qarşı matçda komandasının qapısını qoruyub.
“Adana Dəmirspor” Konya səfərindən 1 xalla dönüb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada Şahruddin 90 dəqiqə meydanda olub. O, hər iki topu penalti zərbəsindən buraxıb.
Qeyd edək ki, Məhəmmədəliyevin komandası 36 xalla 10-cu pillədə qərarlaşıb.
İdman.biz
Mənbə: gundem.az