Bəhram Rəcəbzadə yarımfinalda məğlub oldu - VİDEO
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində yarımfinalda növbəti döyüşə çıxıb.
İdmançımız yarımfinalda niderlandlı idmançı Levi Reyterslə qarşılaşıb.
Gərgin keçən döyüşdə Bəhram Rəcəbzadə rəqibinə xal hesabı ilə uduzub.
Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.
BAKU.WSMənbə: baku.ws