Ukrayna filmi "Oskar" mükafatı qazandı
ABŞ-nin Los-Anceles şəhərində 96-cı "Oskar" mükafatlandırma mərasimi keçirilib.
Ən yaxşı sənədli film nominasiyasında ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” filmi qalib olub.
Bu, ölkə tarixində ilk belə mükafatdır.
Mükafatlandırma mərasimində ukraynalı rejissor xüsusi əməliyyatın əleyhinə çıxış edib.
Film münaqişənin başlanğıcında Mariupolda "Associated Press" agentliyinin bir qrup müxbirinin işindən bəhs edir. Film əvvəllər "BAFTA mükafatı" və "Amerika Rejissorlar Gildiyası Mükafatını qazanmışdı.
BAKU.WS