Image

Pakistan yeni “Haider” tankını təqdim edib

Pakistan "Heavy Industries Taxila" şirkəti ilə Çinin "NORINCO" şirkəti arasında əməkdaşlıq çərçivəsində hazırlanmış "Haider" adlı yeni tankın ilk nümunəsi təqdim olunub.

Bu barədə "Army Recognition" yazır.

Qeyd olunur ki, yeni hərbi texnika Çinin "VT-4" tankının bazası əsasında hazırlanıb.

Üç nəfərlik ekipajı olan tank zirehdələn, kumulyativ və parçalanma mərmilərə, həmçinin tank əleyhinə raketlərdən istifadə edə bilən 125 mm-lik hamar lüləli silaha malikdir. Bundan əlavə, "Haider" arsenalına iki pulemyot da daxildir.

Hərbi texnikanın təhlükəsizliyi kompozit zireh və dinamik mühafizə ilə təmin edilir. 1200 at gücündə dizel mühərriki ilə təchiz edilən tank saatda 70 kilometrə qədər sürət yığır. Tank həmçinin termal görüntüləmə nişanı, lazer məsafəölçən və ballistik kompüteri olan yanğına nəzarət sisteminə malikdir.

BAKU.WS

Xəbər lenti

Faktiki hava açıqlanıb

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu