16-cı mərtəbədən yıxılan gənc qız sağ qaldı
Rusiyanın paytaxtı Moskva şəhəri, Ulyanovsk küçəsində yaşayan 17 yaşlı qız 16-cı mərtəbədən yıxılıb. Xoşbəxtlikdən gənc qız sağ qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, hündürlükdən yıxılan qız aşağıdakı ağacın budaqlarının üstünə düşüb. Ağacın budaqlarına ilişən qız bir müddət havada asılı qalıb.
Daha sonra budaqlar onun ağırlığına dözməyərək sınıblar. Nəticədə qız qar yığınına düşüb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zərərçəkənə yardım göstəriblər. Onun yüngül xəsarətlərlə canını qurtardığı bildirilib.
Qeyd edək ki, bu ilin yanvar ayında həmin qız yaşadığı blokun qabağında xəsarət almışdı. Onun başına buz parçası düşmüşdü.
Nəticədə həmin qız bir müddət xəstəxanada qalmalı olub.
BAKU.WS