Image

Bu ölkədə Rusiya nömrəli avtomobillərdən istifadə QADAĞAN EDİLDİ

   

Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.

Gundem.az xəbər verir ki, bu haqda Litva Gömrük İdarəsi açıqlama verib.

Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib. (Qafqazinfo)

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu