Dünyanın ən çoxuşaqlı anası - 44 övladı var - FOTO
Ana olmaq bir çox qadının arzuladığı bir şey ola bilər.
Lakin bir qadının 44 uşağa baxma məsuliyyətini üzərinə götürməsi çox çətindir.
Belə bir vəziyyətlə qarşılaşan qadın bütün maneələrə baxmayaraq uşaqlarına baxaraq həyatına davam edir.
BAKU.WS xəbər verir ki, dünyanın ən çox uşağına sahib olan qadın Uqanda da yaşayır. “Uqanda Ana” kimi tanınan Məryəm Nabatanzi Babirye 25 dekabr 1980-ci ildə anadan olub.
Məryəm 44 uşaq dünyaya gətirib. Onlardan 38-i sağdır, 6-sı isə dünyasını dəyişib.
7 mart 2024-cü ildə ən böyük övladının 29 yaş olub. Ən kiçiyinin isə 7 yaş var. Məryəm 2015-ci ildə çox uşağı saxlamaqda çətinlik çəkən əri tərəfindən tərk edilib. Qadın hazırda uşaqları ilə birlikdə Uqandada yaşayır.
BAKU.WS



