Image

Sudanda insanlar aclıqdan ölməmək üçün çəyirtkə yeyirlər - FOTO

Təxminən bir ildir vətəndaş müharibəsinin davam etdiyi Sudanda insanlar yemək tapmaqda çətinlik çəkirlər. Aclıqla üzləşən ailələr sağ qalmaq üçün çəyirtkə yeməyə məcbur qalırlar.

Bu barədə Küveytdə yerləşən “Al Najat Charity” sosial media hesabı məlumat verib. 

Məlumata görə, döyüş gedən bölgələrdən qaçaraq səhrada müvəqqəti çadırlara sığınan bəzi sudanlı ailələr yemək tapmaqda böyük çətinlik çəkdiyi üçün çəyirtkə ilə qidalanırlar.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) fevralın 20-də xəbərdarlıq edib ki, dünyanın ən böyük köçkün böhranının yaşandığı Sudanda ən azı 25 milyon insan vətəndaş müharibəsi səbəbindən aclıq və qida çatışmazlığı ilə mübarizə aparır.

Ölkədə münaqişələr nəticəsində 13 mindən çox insan həyatını itirib. 6 milyon insan ölkə daxilindəki digər şəhərlərə, 1,7 milyon insan isə ətraf ölkələrə qaçıb.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu