Image

Hindistanın “Tejas”ı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi bu gün ölkənin qərbindəki Racastan əyalətində qəzaya uğrayıb.

Gundem.az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Pilotun katapult edərək, sağ qaldığı bildirilir.

Qeyd edilir ki, qəzaya uğrayan "Tejas" (sanskritcədə "alov, parıltı") 2016-cı ildə istifadəyə verilib. Hindistan 2021-ci ildə dövlətə məxsus "Hindustan Aeronautics Limited" şirkəti ilə 83 ədəd "Tejas" almaq üçün 6 milyardlıq müqavilə bağlayıb.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu