Image

Yemək oğurlayan Poyrazın sevgilisi: "Survivor" adama nələr etdirmir!" - FOTO

"Survivor" yarışmasının iştirakçısı Yiğit Poyrazın sevgilisi Yasmin Erbil onun yemək oğurlamasına haqq qazandırıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yasemin sevgilisinin bunu məcburiyyətdən etdiyini vurğulayıb:

"Yiğit Poyraz Robert Kolleci və Boğaziçi məzunu olub. Bir yarışma adama nələr etdirmir. Həm o oğurluğu təkbaşına etməyib".

Xatırladaq ki, "Survivor" yarışmasının iştirakçısı Yiğit Poyrazın dominikanlı ailənin evinə girərək oğurluq etdiyi məlum olub.

Bu barədə yarışmanın rəhbəri, tanınmış teleaparıcı Acun Ilıcalı deyib.

Aparıcı Poyrazın etdiyi hərəkətə görə təcili iştirakçılarla iclas keçirib və baş verənləri hər kəsə danışıb.

"Poyraz bir Dominikan vətəndaşının evinə girib. Evə torbayla girib. Ev normalda silahlı mühafizə ilə doludur. Evdəki hər şeyi həmin torbanın içinə qoyur və yoluna davam edib. Biz ona "Survivor" tarixində heç vaxt görülməmiş və yaşanmamış bir cəza verəcəyik", - deyə Ilıcalı bildirib. 

Qeyd edək ki, Poyrazın sevgilisi məşhur şoumen Mehmet Ali Erbilin qızıdır. 

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu