Məsut Özil və həyat yoldaşından böyük Ramazan jesti
Futbol dünyasının əfsanəvi oyunçularından olan Məsut Özil yaşıl meydanlarla vidalaşdıqdan sonra özünü xeyriyyə işlərinə həsr edib.
BAKU.WS "Sabah" nəşrinə istinadən xəbər verir ki, ehtiyacı olanlara yardım edən Özil bu Ramazanda zəlzələ qurbanları üçün hərəkətə keçib.
Özil həyat yoldaşı Amine Gülşe ilə birlikdə zəlzələ fəlakətində ailəsini və yaxınlarını itirən 18 uşağın təhsilini üzərinə götürüb.
Özil uşaqlara 12 illik icbari təhsil müddətində dəstək olacaq.
Qeyd edək ki, cütlük 2019-cu ildə evlənib. Onların bu evlilikdən iki qız övladı var.
BAKU.WS