Rusiyada miqrantlara nəzarət sərtləşdirilir
Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından sonra Rusiyada miqrant axınına nəzarət sərtləşdirilə bilər.
Gundem.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazıb.
Məlumata görə, proseslə bağlı təşkilatçılıq və gəlmələrin miqrasiya qanunvericiliyinə riayət etmələrinə nəzarət gücləndiriləcək:
“Baş verən faciə, görünür, dövlət qurumlarının bu işi sürətləndirməsinə təsir edəcək".
Qeyd edək ki, bundan öncə Rusiya Əmək Nazirliyinin miqrantlarla bağlı yeni qanun layihəsi hazırladığı barədə məlumat verilmişdi.