Image

"Crocus"la bağlı son rəqəmlər açıqlandı

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 139 nəfərə çatıb.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 182-ə çatıb, 139 nəfər həlak olub.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu