"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...
Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.
Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktından bir aydan bir az əvvəl yaşayıblar.
Həmin beş mərtəbəli binada hüquq ofisi var. Ofisin əməkdaşı yataqxananın bağlandığını bildirib.
Həmçinin hostelin əlaqə nömrələri işləmir. Telefona heç kim cavab vermir.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.
BAKU.WS