Bred Pitt ilk dəfə Penelopa Kruzla bir arada - FOTO
Hollivud ulduzu Bred Pitt bu dəfə fərqli layihədə fərqli tərzdə kamera qarşısına keçib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman filmlərdə rol alan aktyor bu dəfə film çəkilişlərindən heç də geri qalmayan reklam çəkilişində yer alıb. Onun tərəf müqabili Penelopa Kruz olub. Tez-tez keçmiş arvadı Ancelina Coli ilə məhkəmə prosesləri ilə gündəmə gələn Bred bu dəfə Fransanın nəhəng moda evi "Chanel" brendi üçün reklamda rol alıb. Burada məqsəd brendin çanta modellərini tanıtmaqdır. Reklam 1966-cı ildə çəkilən "A Man and A Woman" filminin motivləri əsasında çəkilib. Fotoları Inez və Vinoodh lentə alıb. BAKU.WS
