Image

"X"də xüsusi yeni bölmə olacaq

Keçmiş adı "Twitter" olan "X" sosial şəbəkəsi yalnız erotik və pornoqrafik məzmuna həsr olunacaq yeni icma alt bölməsini sınaqdan keçirir.

BAKU.WS xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Bildirilib ki, icmalar 2021-ci ildə sözügedən platformada fəaliyyətə başlayıb.

"X"də porno bölməsi çox güman ki, NSFW olaraq etiketlənəcək.

NSFW "təhlükəsiz/iş üçün uyğun deyil", həmçinin "iş üçün təhlükəsiz/uyğun olmayan" mənasını verən qısaltmadır.Böyüklər üçün məzmun ənənəvi olaraq sosial şəbəkələrdə bu teq altında dərc olunur.

"TechCrunch" qeyd edib ki, "X" yeganə populyar sosial şəbəkədir ki, o, nəinki porno məzmunla mübarizə aparmır, həm də onu hər cür dəstəkləyir.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu