Image

Rusiyada daha bir dəhşətli terakt olacaqmış - FTX qarşısını aldı

Rusiyanın Stavropol diyarında terror aktı törədilməsinin qarşısını alıb.

Gundem.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər terakt hazırlığında olub.

İnsanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb. Onların yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkarlanaraq götürülüb.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu