Image

Tacikistanda Rusiyaya bilet satışı kəskin AZALDI

Moskvada “Crocus City Hall”da baş verən terror aktından sonra Tacikistan vətəndaşları Rusiyaya aviabiletləri qaytarmağa başlayıblar.

Gundem.az xəbər verir ki, bu barədə “Asia-Plus” portalı aviaşirkətin nümayəndəliklərinə istinadən məlumat yayıb.

Xüsusilə “Somon Air”in nümayəndələri bildiriblər ki, hazırda Rusiyaya bilet satışında, eləcə də onların geri qaytarılmasında 20% azalma var.

Həmçinin Düşənbədəki aviakassalar sərnişinlərin olmaması səbəbindən Rusiyaya uçuşların sayının azaldığını bildiriblər. 

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu