Tanınmış aktrisa: "Qadınlar ərimə çılpaq şəkillərini göndərirdilər" - FOTO
Aktrisa Pelin Karahan şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Talk Show Perileri" verilişinə qonaq olan aktrisa həyat yolaşı və uşaqlarından danışıb.
O bildirib ki, artıq üçüncü uşaq istəmir:
"Evlilik bir qaydaya bağlıdır. Bedri axşam işdən evə gələndə ona qapı açmağımı, səhər işə gedəndə isə onu yola salmağımı istəyir. Amma bəzən bunu edə bilmirəm. Evdə üçüncü uşağa ehtiyac yoxdur. Onsuz da Bedri hərdən uşaq kimi olur".
Pelin açıqlaması zamanı qadınların sosial şəbəkədə ərinə çılpaq şəkillərini göndərdiyini də bildirib:
''Birara qadınlar sosial şəbəkə üzərindın çılpaq şəkillərini ərimə göndərirdilər. Nə qəribədirlər. Mən vecimə almıram elə şeyləri. Qısqanc deyiləm. Amma Bedri çox qısqancdır".
Xatırladaq ki, aktrisa 2014-cü ildə Bedri Güntay ilə ailə qurub. Onların iki övladı var.
BAKU.WS