Gəncədə QƏZA - Xəsarət alanlar VAR
Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gundem.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az