Netanyahu ƏMƏLİYYAT OLUNDU – Vəziyyəti...
74 yaşlı İsrailin baş naziri Binyamin Netanyahu bel yırtığı səbəbindən əməliyyat olunub.
Gundem.az xəbər verir ki, bu barədə Netanyahunun müalicə olunduğu xəstəxanadan açıqlama verilib.
Bildirilib ki, onun əməliyyatı uğurlu keçib və səhhəti yaxşıdır.
Qeyd edək ki, Netanyahunun vəzifəsini müvəqqəti olaraq İsrail baş nazirinin müavini və ədliyyə naziri Yariv Levin icra edir. (Sfera.az)