Kral III Çarlz öldü xəbərlərindən sonra ilk dəfə görüntülənib - FOTO
Xərçəng diaqnozu qoyulan Böyük Britaniya kralı III Çarlz ilk dəfə görüntülənib.
BAKU.WS xəbər verir ki, o, Pasxa bayramına qatılıb. Bayramda kral ailəsinin digər üzvləri də yer alıb.
III Çarlz arvadı Kamilla ilə birlikdə "Windsor" qəsrindəki "St. George" kilsəsində Pasxa ayinləri icra ediblər. Kral fevralda xəstəliyi açıqlandığı vaxtdan bəri ilk dəfə ictimaiyyət arasında görünüb.
75 yaşlı III Çarlz sakinləri salamlayaraq, onlarla söhbət edib.
Hər il Pasxa bayramına qatılan Şahzadə Uilyam isə bu dəfə iştirak etməyib. Bu da müzakirələrə səbəb olub.
Xatırladaq ki, III Çarlz yanvarda prostat əməliyyatı olunmuşdu. Onun hansı xərçəng növünə tutulduğu isə hələ ki, açıqlanmayıb.
BAKU.WS

