Image

KTMT Paşinyana cavab verdi

KTMT Ermənistanın tənzimlənən dövlət sərhədləri daxilindəki suveren ərazisini özünün məsuliyyət zonası hesab edir.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, “2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, məsuliyyət zonası üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir.

Bu sərhəd Ermənistan və onun qonşuları arasında, ikitərəfli əsasda müəyyənləşdirilir”, - KTMT-dən bildirilib.

Bundan əvvəl Nikol Paşinyan bəyan edib ki, əgər təşkilat “KTMT-nin Ermənistanda məsuliyyət sahəsi haradır?” sualına cavab verməsə, İrəvan ittifaqdan çıxacaq.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti