Image

Putindən daha bir tapşırıq: 2030-cu ilədək...

Rusiya Prezidenti Vladimir Putin ölkəsini ümumdaxili məhsulun istehsal həcminə görə dünyanın ən nəhəng 4 dövləti sırasına çıxarmaq fikrindədir.

Gundem.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri 2030-cu ilədək bu hədəfə çatmaq üçün göstəriş verib.

Putinin tapşırıqlarına əsasən, hökumət göstərilən dövrə qədər əhalinin yoxsulluq səviyyəsi 7 faizlik göstəricidən aşağı həddə endirilməlidir. Həmçinin ümumdaxili məhsulun istehsal həcmində idxalın payı 17 faizədək azaldılmalıdır.

Putin bütün bu istiqamətlərdə təcili tədbirlər görülməsini vacib hesab edib.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu