Ucarda ev YANDI
Ucarda yanğın olub.
Gundem.az FHN-ə istinadən xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 300 m² olan kürsülu, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az