Image

Ürək əməliyyatı olan Arnold Şvartseneggerin son vəziyyəti açıqlandı - FOTO

Ötən həftə ürəyindən əməliyyat olunan Hollivud ulduzu Arnold Şvartseneggerin son vəziyyəti açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı Arnold bədənində aparatla çəkilən fotosunu ilk dəfə sosial şəbəkədə fotosunu yayımlayıb.

O bu fotosunu "Aparata qoşulu vəziyyətdə gəzirəm" sözlərini yazaraq paylaşmışdı.

Əyləncəli paylaşımından sonra onun səhhətinin artıq yaxşı olduğu və həyati təhlükəsinin aradan qalxdığı bildirilib.

Bu ay tamamilə sağlamlığına qovuşan Arnold gələn ay film çəkilişlərinə start verəcək.

O müalicə aldığı Klivlend Klinikasının həkimlərinə dərin minnətdarlığını bildirərək təşəkkür edib. Əməliyyatının ağrısız keçdiyini qeyd edib. 

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu