Otelin altından 640 illik qala tapıldı - FOTO
Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində yaxın vaxtlara qədər fəaliyyət göstərən hotelin həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapdıqlarını açıqlayıblar.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, adı "Château de l'Hermine" olaraq bildirilən qala 1380-ci illərdə Hersoq IV Con tərəfindən tikilib.
Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutu martın 26-da dərc etdiyi press-relizdə arxeoloqların keçən il aparılan qazıntılar zamanı qala xarabalıqlarının nə qədər yaxşı qorunduğunu görəndə təəccübləndiklərini açıqlayıb.
Hersoqun qaldığı evin qalın divarları, çoxsaylı pilləkənləri və xəndəkləri olduğu bildirilib.
Aşkar edilənlər arasında qalanın gündəlik həyatı əks etdirən paltarlar, asma qıfıllar, sikkələr, mətbəx texnikası və zinət əşyalarının da olduğu bildirilib.
Bölgədəki rütubətin taxta əşyaları belə qoruduğu vurğulanıb.
2021-ci ildə başlanan işlər nəticə verənə qədər qalanın planı tam məlum deyildi. Qalanın eninin 42 metr, divarlarının qalınlığının isə 5,5 metr olduğu bildirilib.
BAKU.WS

