Konqo xarici işlər naziri Azərbaycanda SƏFƏRDƏDİR - YENİLƏNDİ - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Gundem.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib.
XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.
***
12:34
Konqo xarici işlər naziri Jan-Klod Qakosso (Jean-Claude Gakosso) Azərbaycanda səfərdədir.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, onu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.


Mənbə: gundem.az