Məhəmməd Əlinin “Manilada triller”də geyindiyi şortik satışa çıxarılır - FOTO
Əsfanəvi boksçusu Məhəmməd Əlinin idman şortiki hərraca çıxarılır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ildə dünyasını dəyişən məşhur idmançının 1975-ci ildə “Manilada triller” adı ilə tanıdılan Co Frazierlə döyüşdə geyindiyi şortik Nyu-Yorkda satılacaq.
“Sothebys” Hərrac Evində hərraca çıxarılacaq şortikin ilkin qiyməti 3,8 milyon dollardır. Aprelin 12-dək davam edəcək hərracda qiymətin 4-6 milyon dollara qədər yüksələcəyi gözlənilir.
Şortik geyinildiyi qarşılaşma peşəkar boks tarixinin ən amansız qarşılaşmalarından biri kimi qeydə alınıb. Filippində 49 dərəcə istilikdə keçirilən qarşılaşma 14 raundun davam edib. Yalnız Freyzerin məşqçisi hakimi görüşü dayandırmağa çağırdıqdan sonra boks qarşılaşması başa çatıb.
Əli daha sonra bioqraf Tomas Hauzerə həmin qarşılaşma barədə belə deyib:
“Freyzer məndən bir az əvvəl döyüşdən imtina etdi. Daha döyüşə bilməyəcəyimi düşünürdüm”.
BAKU.WS





