Image

Türkiyədə ikinci "Eros" hadisəsi - Bu dəfə "Totik" adlı pişik vəhşicə öldürüldü

İstanbulda "Eros" adlı pişiyinin vəhşicəsinə öldürülməsinin təsirləri hələ də gündəmdə olsa da, ikinci oxşar hadisə yaşanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eyüpsultan rayonunda baş verib.

Bu dəfə "Totik" adlı pişiyin vəhşicəsinə öldürüldüyü bildirilir.

Sakinlərin bəslədiyi pişik başından vurulmuş halda ölü tapılıb.

Sakinlər baş verənlərə üsyan edərək "Tontik"in anasının da ötən aylarda oxşar şəkildə öldürüldüyünü deyib.

Onlar "Tontik"in anasının öldürülməsindən sonra əraziyə kamera quraşdırılmasını istəyiblər. Lakin bu tələb qəbul olunmayıb.

Vətəndaşlar təhlükəsizlik kameraları olmadığı üçün pişik və anasının qatillərini tapmağın çətin olduğunu bildirib. Sakinlər uşaqları və özləri üçün narahat olduqlarını, eyni zamanda qorxduqlarını bildiriblər.

Heyvansevərlərin 3 ildir ki, "Tontik" və anasını bəslədiyi qeyd olunub.

Xatırladaq ki, İstanbulun Başakşehir rayonunda Keloğlan adlı şəxs yeni il gecəsi "Eros" adlı pişiyi liftdə ayağı ilə vuraraq öldürüb. Ona 1 il 3 ay həbs verilməsi istənilsə də, bu cəza üst məhkəmə tərəfindən ləğv olunub.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu