Kamran Əliyev Qazaxstanın Baş prokurorunu Azərbaycana dəvət edib
Baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovu Azərbaycana səfərə dəvət edib. BAKU.WS report-a istinadən xəbər verir ki, K.Əliyev dəvət təklifini Azərbaycanda səfərdə olan Qazaxıstan Baş prokurorunun müavini Jandos Umiraliyevlə ikitərəfli görüşdə edib. Belə ki, Kamran Əliyev bu ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçirələciyini və bununla bağlı qazaxıstanlı həmkarına dəvət məktubu ünvanladığını bildirib. BAKU.WSMənbə: baku.ws