İstanbuldakı dəhşətli yanğınla bağlı bəzi DETALLAR - FOTO
Türkiyənin İstanbul şəhərində 29 nəfərin ölümü ilə nəticlənən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.
Yaşayış binasının inzibatçlısı Şule Şeker məkanı bina tikildiyi gündən bu yana istəmədiklərini deyib və pərdə arxasında baş verən qanunsuzluqları izah edib.
Şeker jurnalistlərə açıqlamasında yanğının baş verdiyi yerin səsdən təcrid olunmuş bir yer olduğunu, içəridəki insanların tüstüdən boğulduğunu düşündüklərini bildirib.
Ölənlərin qatı tüstüdə qaldıqlarını deyən Şeker əyləncə mərkəzi ilə bağlı dəfələrlə şikayət etdiklərini qeyd edib.
"Tikildiyi gündən bunu istəməmişik. Kim istəyir? Keçmişdə onun ilk açılışı televiziya studiyası kimi olub. Proqramları var idi. O zaman problem yox idi. Binanın tikintisi zamanı həmin ərazi kinoteatr kimi görünürdü. Keçidin yerləşdiyi yer foye, hal-hazırda giriş qapısı olan ərazi çıxış, aşağıda yerləşən ərazi isə evakuasiya sahəsi kimi istifadə olunub. Lisenziya belə alınıb", - o, deyib.
Əyləncə mərkəzində əvvəllər də atışma olduğu iddiası ilə bağlı verilən sualı Şeker bu suala cavabsız qoyub.
Əvvəllər səs-küy və təhlükəsizlik baxımından bu iş yerindən şikayət etdiklərini bildirən Şeker, eyni yerdən girib-çıxdıqları üçün buranın binada olmasını istəmədiklərini qeyd edib.
Yanğının baş verdiyi binanın girişini yük maşının bağlaması iddiası ilə bağlı sualı cavablandıran Şeker, belə bir iddia eşitmədiyini, girişdə heç kimin avtomobil saxlamadığını, orada işçilərin olduğunu bildirib.
İşçilərin əyləncə mərkəzində yaşamadığını bildirən Şeker, "Yaşanacaq yer deyil. Sadəcə iftara dəvət ediblər. Hər kəs gəlsin gəlməyini, iftar etdikdən sonra ətrafı yığışdıracaqlarını bildiriblər. Bilirdik ki, dünən bütün işçilər dəvət olunub", - deyə açıqlayıb.
Xatırladaq ki, dünən günorta saatlarında Gayrettepe məhəlləsində yerləşən 16 mərtəbəli binanın mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində fəaliyyət göstərən əyləncə mərkəzində təmir işləri nəticəsində baş verən yanğında 29 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
BAKU.WS

