İnsan beyninin ən aydın görüntüsü dərc edildi - FOTO
Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü dərc edib.
BAKU.WS bu barədə "Sabah Gaztesi"nə istinadən xəbər verir.
CEA-nın açıqlamasənda "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.
Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda, təxminən, 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün, təxminən, 4 dəqiqə ərzində əldə edildiyi qeyd edilib.
Açıqlamada bildirilir ki, 11.7 Tesla maqnit gücünə malik Iseult MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülərin xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə edilməsi saatlar çəkə bilər.
Iseult Layihəsinin prezidenti və CEA Araşdırma Direktoru Nicolas Boulant daha keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların bir neçə il də davam edəcəyini, məqsədlərinin 2026-2030-cu ilə qədər psixiatriya sahəsində bir çox xəstəliyi araşdırmaq olduğunu bildirib.
Iseult MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.
BAKU.WS