Image

Kür çayında kişi meyiti tapıldı

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Gundem.az axar.az-a istinadən xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti