Bakıda yoldan çıxan avtomobil hasara çırpıldı - FOTO
Paytaxtın Nərimanov rayonunda yol qəzası baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə rayonun Gülarə Qədirbəyova küçəsində qeydə alınıb.
Hadisə şahidinin sözlərinə görə, qəza zamanı "Hyundai Elantra" markalı avtomobil səkiyə çıxaraq keçidin hasarına çırpılıb.
BAKU.WS
Mənbə: baku.ws